AZ

Rusiyanın bu şəhərində miqrantlara qarşı genişmiqyaslı reydlər keçirilir

BAKI, 28 iyun. TELEQRAF

Rusiyanın Smolensk vilayətinin Vyazma şəhərində hüquq-mühafizə orqanlarının əməkdaşları miqrantlara qarşı genişmiqyaslı reydlər keçirirlər.

Teleqraf xəbər verir ki, reydlər xüsusilə şəhər bazarlarında və tikinti sahələrində aparılır.

"Güc strukturları (o cümlədən OMON) qeyri-slavyan görünüşlü şəxslərisaxlayır. Onların arasında hətta Rusiya pasportu olanlar da var", - Rusiya “Telegram” kanallarından biri yazır.

Məlumata görə, reydlər 22 yaşlı yerli sakinin qətli ilə bağlı ola bilər. Onun dostunu müdafiə edərkən bıçaqlandığı bildirilir.

Daha sonra cinayəti törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb, lakin onların şəxsiyyəti açıqlanmayıb.

Qeyd edək ki, ötən gün Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlı Bakir və Hüseyn Səfərov qardaşları döyülərək öldürülüb, daha 9 nəfər isə saxlanılıb. Öldürülənlər tanınmış ədəbiyyatşünas Seyfəddin Hüseynlinin qardaşlarıdır.

Saxlanılanların hamısı yaxın qohumlardır və Rusiya vətəndaşılarıdır. Ağdam rayonundan olan Səfərovlar əsasən restoran biznesi ilə məşğul olublar.

Seçilən
50
teleqraf.com

1Mənbələr