AZ

Yekaterinburqda 2 qardaşın öldürülməsinin təfərrüatları

Rusiyanın Yekaterinburq şəhərində onlarla azərbaycanlı təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.Metbuat.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Əməliyyatda polis əməkdaşları və İstintaq Komitəsinin müstəntiqləri iştirak edirlər. İstintaq Komitəsi hələlik məsələ ilə bağlı şərh verməyib.Məlumata görə, söhbət 2001-ci ildə diasporun iştirakı ilə baş vermiş qətldən gedir. İddialara görə, qətl hadisəsi Səfərovlara məxsus kafedə baş verib.Cinayət işi təzələnərək yenidən icraata götürülüb.

Azərbaycan-Ural təşkilatının rəhbəri Şahin Şıxlinski kütləvi həbslərlə bağlı iddialara belə münasibət bildirib:"Bu barədə heç nə bilmirəm. Mən saxlanılmamışam".Qeyd edək ki, bu gün Rusiyanın Yekaterenburq şəhərində azərbaycanlı Ziyəddin və Hüseyn Səfərov qardaşları döyülərək öldürülüb.

Onlar tanınmış ədəbiyyatşünas Seyfəddin Hüseynlinin qardaşlarıdır.

Seçilən
25
2
metbuat.az

7Mənbələr