“Borussiya Dortmund” klubunun hücumçusu Yussufa Mukoko “Kopenhagen”ə keçməyə yaxındır.
Publika.az xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb.
Onun sözlərinə görə, 20 yaşlı Almaniya U-21 millisinin üzvü üçün Danimarka klubu təxminən 5 milyon avro ödəyəcək. Futbolçunun tibbi müayinəsi 27 iyunda baş tutacaq.
Mukoko 2024/25 mövsümünü icarə əsasında “Nitsa”da keçirib. Fransada o, bütün turnirlərdə 22 oyuna 2 qol və 3 assistlə yadda qalıb. “Borussiya” ilə müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir.