AZ

Şəlalə Camal: Bir də gördün olmadım...

Adelet.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Gəl, əlimdən tut görüm,Gəl, üzümdən öp görüm.Gəl, mənimlə rəqs elə,Bir də gördün olmadım...

Gəl, qaçıb uzaqlaşaq,Dünyanın kədərindən.Qəhər boğmasın biziBir də gördün olmadım...

Gəl, pıçılda sən mənə,Nə pis gəlib zəmanə.Getsən dönmə geriyə,Bir də gördün olmadım.

Gəl, qucaqla sən məni,Gəl, darıxma yanımda.Gəl, əlimi buraxma,Bir də gördün olmadım.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
1
adalet.az

2Mənbələr