AZ

Kadırov 17 yaşlı oğlunu evləndirir

  Çeçenistanın rəhbəri Ramzan Kadırovun üçüncü oğlu, 17 yaşlı Adam Kadırov evlənir.

Referans Axar.az-a istinadən bildirir ki, bu barədə Çeçenistan rəhbərinin böyük qızı Ayşat Kadırova məlumat verib.

“Qardaşım evlənir”, – o, bildirib.

Onun sözlərinə görə, toy Kadırovların ata-baba kəndi Axmat-Yurtdakı ailə evində baş tutacaq.

Qeyd edək ki, Adam Kadırov Çeçenistan rəhbərinin – atası Ramzan Kadırovun köməkçisidir və 2023-cü ilin noyabrından o, həm də Çeçenistan Təhlükəsizlik Xidmətinə rəhbərlik edir.

2023-cü ilin oktyabrında Adam Kadırov Çeçenistan Respublikasının Qəhrəmanı adına layiq görülüb, 2024-cü ilin avqustunda isə ən yüksək regional mükafat – Kadırov ordeni ilə təltif edilib.  

Seçilən
7
6
referans.az

10Mənbələr