AZ

“Brentford”un yeni baş məşqçisi bəlli oldu

“Brentford” klubunun baş məşqçi postuna irlandiyalı mütəxəssis Kit Endryus təyin olunub.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə London təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

44 yaşlı çalışdırıcı ötən ildən etibarən “Brentford”da standart vəziyyətlər üzrə məşqçi kimi fəaliyyət göstərirdi. Bu, Endryusun karyerasında baş məşqçi kimi ilk təyinatıdır.

O, daha əvvəl “Milton Keyns Dons” klubunda, eləcə də İrlandiyanın əsas və gənclərdən ibarət milli komandalarında baş məşqçinin köməkçisi kimi çalışıb. Endryus “Şeffild Yunayted” klubunda da məşqçi heyətində yer alıb.

Qeyd edək ki, “Brentford”u son yeddi mövsümdə danimarkalı Tomas Frank çalışdırırdı. O, bu yay komandadan ayrılaraq “Tottenhem”in sükanı arxasına keçib.

Seçilən
10
90deqiqe.az

1Mənbələr