AZ

Yekaterinburqda azərbaycanlı Səfərov qardaşları OMON tərəfindən öldürülüb

Yekaterinburqda azərbaycanlı Səfərov qardaşları OMON tərəfindən öldürülüb

Bu gün Rusiyanın Yekaterinburq şəhərində xüsusi təyinatlı OMON dəstəsi Ziyəddin və Hüseyn Səfərovların evinə basqın edib.

AFN.az xəbər verir ki, bu barədə APA-ya Səfərovların qardaşı Seyfəddin Hüseynli məlumat verib.

“İki qardaşımı da işgəncə ilə öldürüblər”, – deyə Seyfəddin Hüseynli bildirib.

Onun sözlərinə görə, hadisənin səbəbi 25 il əvvəl baş vermiş naməlum bir cinayət işi ilə bağlı aparılan istintaqla əlaqələndirilir:

“İki qardaşım öldürülüb, heç nə demədən evlərə basqın ediblər. Ailəni, evdə yaşayan insanları kütləvi şəkildə həbs ediblər. Qardaşlarımı isə işgəncə ilə qətlə yetiriblər”.

Seçilən
37
14
afn.az

10Mənbələr