AZ

İngiltərəli qapıçı rəsmən "Liverpul"da

"Liverpul" qapıçı Fredi Vudmeni azad agent kimi heyətinə qatıb.

Sportal.az xəbər verir ki, 28 yaşlı futbolçu əvvəlki klubu "Preston" ilə müqaviləsinin müddəti başa çatdıqdan sonra "qırmızılar"la yeni müqavilə imzalayıb.

İngiltərənin U-21 millisinin keçmiş üzvü olan Vudmen, "Preston"da keçirdiyi 3 il ərzində 138 oyuna çıxıb və 2022/2023 mövsümündə klubun "ilin futbolçusu" mükafatına layiq görülüb.

O, daha əvvəl İngiltərə və Şotlandiyada "Nyukasl", "Suonsi" və "Kilmarnok" kimi klubların da formasını geyinib.

"Liverpul"un rəsmi məlumatında qeyd edilir ki, Vudmen növbəti ay Arne Slotun komandası ilə birlikdə mövsümöncəsi hazırlıqlara başlayacaq.

saytlarin hazirlanmasi

Seçilən
7
2
sportal.az

3Mənbələr