Bu gün Rusiyanın Yekaterenburq şəhərində azərbaycanlı Səfərov Ziyəddin Mehdi oğlu döyülərək öldürülüb.
Bu barədə Teleqraf-a onun yaxınları məlumat verib
Bildirilir ki, OMON (xüsusi təyinatlı milis dəstəsi - red) üzvləri azərbaycanlıların evinə basqın edib.
Z.Səfərov öldürülüb, onun qardaşından isə xəbər yoxdur.
Qeyd edək ki, Səfərov Ziyəddin tanınmış ədəbiyatşünas Seyfəddin Hüseynlinin qardaşıdır.