BAKI, 27 iyun. TELEQRAF
Tanınmış aktyor Vüsal Murtuzəliyev sabah xəstəxanadan evə buraxılacaq.
Bu barədə Teleqraf-a aktyorun yaxınları məlumat veriblər.
Qeyd edək ki, aktyor Vüsal Murtuzəliyev iyunun 19-da Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli şəhər xəstəxanasına yerləşdirilib.
Daha sonra aktyoru Diaqnostika Mərkəzinə gətiriblər. Ona anevrizma diaqnozu qoyulub. Damarda anjio (anjioqrafiya) olunub.