AZ

Kadırov oğlunu evləndirir

Çeçenistanın rəhbəri Ramzan Kadırovun üçüncü oğlu, 17 yaşlı Adam Kadırov evlənir.

 

Sfera.az axar.az-a istinadən bildirir ki, bu barədə Çeçenistan rəhbərinin böyük qızı Ayşat Kadırova məlumat verib.

 

"Qardaşım evlənir", - o, bildirib.

 

Onun sözlərinə görə, toy Kadırovların ata-baba kəndi Axmat-Yurtdakı ailə evində baş tutacaq.

 

Qeyd edək ki, Adam Kadırov Çeçenistan rəhbərinin - atası Ramzan Kadırovun köməkçisidir və 2023-cü ilin noyabrından o, həm də Çeçenistan Təhlükəsizlik Xidmətinə rəhbərlik edir.

 

2023-cü ilin oktyabrında Adam Kadırov Çeçenistan Respublikasının Qəhrəmanı adına layiq görülüb, 2024-cü ilin avqustunda isə ən yüksək regional mükafat - Kadırov ordeni ilə təltif edilib.

Seçilən
7
6
sfera.az

10Mənbələr