AZ

İsrail İrana qarşı “Rising Lion” əməliyyatının nəticələrini açıqladı: 11 alim və təxminən 300 “Sepah” üzvü öldürülüb

İsrail İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatın “bütün məqsəd və vəzifələrini tam yerinə yetirdiyini və hətta üstələdiyini”, 11 alim və çoxsaylı yüksək rütbəli ordu komandirinin öldürüldüyünü bildirib.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə İrana qarşı 12 günlük “Rising Lion” (“Yüksələn Şir”) əməliyyatının səbəbləri və nəticələri haqqında bu gün təqdim edilən hesabatda deyilir.

İsrail əməliyyatın ilkin səbəbinin İran tərəfindən “artan nüvə təhlükəsi” olduğunu bildirib. Əməliyyat iyunun 13-də Tehrana və bir sıra digər şəhərlərə Hərbi Hava Qüvvələrinin qəfil zərbələri ilə başlayıb.

“Qəfil hücum çoxşaxəli idi. Əməliyyatın bu mərhələsi “Qanlı toy” adlandırılıb. Üç ən yüksək rütbəli general olmaqla, 30-a yaxın yüksək rütbəli hərbi komandir məhv edilib ki, bu da İranın demək olar ki, bütün gün ərzində İsrailə qarşı cavab tədbirləri görməsinə mane olub”, – hesabatda qeyd edilir.

Öldürülənlər arasında ən önəmli yüksək rütbəli “Sepah”ın Hərbi-Kosmik Qüvvələrinin və Hərbi Hava Qüvvələrinin komandanı, briqada generalı Əmir Əli Hacızadə olub. O, Kosmik Qüvvələrin digər yüksək rütbəli rəhbərləri ilə birlikdə öldürülüb. Məlumata görə, məhz onlar İranın ballistik raketləri və pilotsuz uçuş aparatlarına görə məsul olublar.

Hərbçilərin qiymətləndirmələrinə əsasən, İranın nüvə proqramı illərlə geri salınıb. Ümumilikdə, İsrailin “İranın silah proqramında əsas bilik daşıyıcıları” hesab etdiyi 11 yüksək rütbəli nüvə alimi öldürülüb.

İranın İsrailə hücumları nəticəsində isə 28 nəfər həlak olub.

Hərbçilərin məlumatına görə, Hərbi Hava Qüvvələrinin zərbələri nəticəsində İranın 100 zenit-raket sistemindən 80-ni məhv edilib.

İsrail Müdafiə Qüvvələrinin məlumatına görə, İran İsrailə 500-dən çox ballistik raket atıb və onların bir çoxu zərərsizləşdirilib.

İran həmçinin 12 günlük müharibə ərzində İsrailə 1100 pilotsuz uçuş aparatı atıb, onların 99 %-i ya zərərsizləşdirilib, ya da İsrail sərhədlərinə çata bilməyib.

İranın hücumları nəticəsində 240 binada 2 min 305 mənzil zədələnib, 13 mindən çox israilli evsiz qalıb.

Seçilən
22
50
nocomment.az

10Mənbələr