AZ

Avtomobilə uyğun yağı necə bilmək olar?VİDEO

İstehsalçı zavodun tələbinə uyğun yağ tökülmədikdə avtomobilin mühərriki tez sıradan çıxır. Bu zamanla yağ azlması və hətta yanacaq sərfiyyatının artımına da səbəb ola bilir.

Xezerxeber.az-ın xəbərinə görə, mühərrik yağı üzrə mütəxəssis Aftil Əliyev deyir ki, mühərrik və transmisiya yağı dəyişdirilərkən mütləq istehsalçının tələbinə uyğun almaq lazımdır. Mütəxəssis hesab edir ki, bir çox sürücü markasına aldanaraq uyğun olmayan yağdan istifadə edir ki, bu da bəzi halda onlara daha baha başa gəlir.

Mütəxəssis deyir ki, uzun müddət düzgün olmayan yağın istifadəsi mühərrikin tutulmasına, qızmasına və hətta tam sıradan çıxmasına da səbəb ola bilər. Bu da sürücüləri avtomobilin marka və modelindən aslı olaraq 1500-10 min manata qədər xərcə sala bilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
13
xezerxeber.az

1Mənbələr