AZ

Bu gecə Bakıda baş verən partlayış və yanğında riyazi qanunauyğunluq var -  XƏBƏRDARLIQ 

“Biz hər şeyi sayıb yazmışıq”. (Quran)

Bildiyimiz kimi, dünən (26 iyun) Bakıda partlayıcı vasitələrin saxlandığı anbarın partlaması və yanması  nəticəsində əhali arasında ciddi təşviş və həyəcan yaşandı (insanlar şəhərin bomblandığını zənn edib, qorxuya düşdülər...). Elmi-lədun hesablamalarımız göstərir ki, ilk baxışdan təsadüfü görünən bu hadisə, əslində ciddi bir riyazi qanunauyğunluğa tabedir və Allahdan növbəti xəbərdarlıq mesajıdır. Bunu aşağıdakı hesablamalardan aydın görmək olur:

1) Yadınızdadırsa, bu il martın əvvəlində Gəncədə yaşayış binası, Bakıda neft emalı zavodu, Sumqayıtda isə narkoloji dispanser yandı. Saat fərqi ilə eyni gündə (6 martda) baş verən bu üç yanğın hadisəsi baş verəndə hesablamalr paylaşdıq ki, bunlar Allahdan bir xəbərdarlıqdır və insanlar tövbə etməsələr ardı olacaq... Burada diqqət çəkən məqam ondan ibarətdir ki, dünənki partlayışla, sözügedən yanğınlar arasında 114 (!) gün fərq vardır ki, bu da yanğınların həqiqətən də Allahın elminə (Kitabına) bağlı olduğunu və Ondan gələn xəbərdarlıq olduğunu sübut edir (114 ədədi Quran rəmzi olaraq qəbul edilir). 

2) Hadisə astronomik xəbərdarlığın (17 sentyabr tarixli Ay tutulmasının) 286-cı günü baş verib ki, bu da orjinal (Kəbədə saxlanan) Quranın səhifələrinin sayı olmaqla, bu kimi xəbərdarlıqların “üzərinə vurulan” Yaradanın “rəqəmsal imza”sıdır. 

3) Xatırladım ki, 22.12.2023 tarixidə Bakı bulvarında gəmi batdı (həmin gün də bunun Allahdan xəbərdarlıq olmasını sübut edən hesablamalar paylaşdım).  Maraqlıdır ki, bu gecə Bakıda patrlayışla müşayət olunan yanğın baş verəndə, həmin gəmi qəzasının 555-ci günü idi (elmi-ləduna görə 555 ədədi tövbə etməyənlərin cəzalanacağını bildirir).  

4) Axşamkı partlayış həyacanı riyazi yolla digər bir həyəcana – zəlzələ həyəcanına (07.12.2023) da bağlanır. Belə ki, 7 dekabrda insanlar 5,6 bal gücündə zəlzələnin yaratdığı təşviş içində səhəri bayırda açdılar... Həmin gün (ilin 342-ci günü idi ki, buda 114 ədədinin üç misidir) paylaşdığım məqalədə zəlzələnin Allahdan xəbərdarlıq olduğunu sübut edən çoxsaylı hesablamalar paylaşdım və xalqı tövbə etməyə çağırdım. Bugünki hesablamalarım göstərir ki, kinostudiyanın anbarında partlayış baş verəndə sözügedən zəlzələnin 570-ci günü idi ki, bu da 114 ədədinin beş mislidir:

570 : 5 = 114 

VƏ S

NƏTİCƏ: Elmi-lədun hesablamalarımız göstərir ki, Bakıda baş verən, insanları həyəcana salan partlayış və yanğın əslində yolun azmış (milli-mənəvi dəyərlərdən uzaqlaşmış) xalqımıza və onu idarə edən zalım məmurlara ALLAHDAN növbəti (ola bilər sonuncu) xəbərdarlıqdır: tövbə edib, doğru yola qayıdın; zina etməyin; yalan danışmayın; haram yeməyin; yalandan üzə durmayın; haqqını istəyənləri şərləyib zindanlarda çürütməyin!!! Bütün bunların bədəli çox ağır olacaq! Hətda, sizin təsəvvür etmədiyiniz dərəcədə ağır olacaq!!! 

Rəbbim Azərbaycanımızın pisliklərdən (pzğunluqlardan, oğurluqdan, zinakarlıqdan, zülmdən...) təmizlənərək, Dünyanın Mənəviyyat Mərkəzinə çevrilməsinə qərar verib. İnsanlar bunu nəzərə alıb, tövbə etməli, pisliklərdən çəkinməli və öz əxlaq və mənəviyyatlarını bu statusa uyğunlaşdırmalıdırlar! Məhz bunu nəzərə almadıqlarına görə Azərbaycan xalqı bu gün zülm və zillət içində inildəməkdədir (öz günahlarının cəzasını çəkməkdədir)! Rəbbim buyurur ki, “Biz heç kəsə zülm etmirik, insan zülmü özü qazanır”. (Quran). Əgər övladlarınızın, nəvələrininzin... sizin kimi zülm, zillət içində yaşamasını istəmirsinizsə, onda günahlarınıza görə tövbə edib, doğru yola qayıdın (sizdən artıq heç nə tələb olunmur)! Belə etsəniz, qorxulu, həyəcanlı hadisələr (zəlzələlər, yanğınlar, müharibələr...) dayanar və Allah sizə azad, məsud və bərəkətli bir həyat yaşadar (unutmayın ki, hakimiyyət Allaha məxsusdur və nəyə layiqsinizsə o da qismətiniz olur). 

Yox əgər, bu cür açıq-aşkar, sübutlu-dəlilli çağırışlardan sonra, yenə də inadkarlıq edib günah işlərinizə, biri-birinizə zülm etməyinizə davam edərsinizsə, onda Allahdan yox, özünüzdən (öz günahlarınızdan) inciyin... Bildiyim qədər bəşəriyyət yaxın vaxtlarda Nuh qövmünün, Lut qövmünün, Saleh qövmünün... yaşadıqlarını təkrar yaşayacaq. Artıq Yaradanın səbr kasası dolub və insanların cəzalanmasına, Yerin təmizlənmsinə qərar verib. Hazırda dünyada baş verənlər bu təmizlənmənin tərkib hissəsidir. Bildiyim qədər prosesin bitməsinə elə də çox qalmayıb və müasir insanlar yuxarıda adlarını çəkdiyim qövmlərə gələn bəlaların astanasındadırlar. Həmin gün isə, tövbələr qəbul olmayacaq. Odur ki, indidən doğru yolu tutun, bu sizin üçün daha xeyirlidir. 

“Biz bir məmləkəti məhv etmək istədikdə (bir nəfərin dili ilə) onun naz-nemət içində yaşayan başçılarına (insanlara zülm etməməyi) əmr edərik. Lakin onlar (bu çağrışa məhəl qoymayıb) pis-pis işlər törədərlər. Beləliklə, hökm vacib olar və onu yerlə yeksan edərik”.

“Quran”, 17:16-17

Dr. Paşa Yaqub – Elmi-lədun bilicisi 

Bakı şəhəri, 27 iyun 2025

Seçilən
5
1
hurriyyet.az

2Mənbələr