Əvvəlki illərdə imtahanları bitən tələbələr yay tətilinə gedərkən kirayə qaldıqları evləri boşaldırdılar. Bu da qiymətlərin enməsinə səbəb olurdu. Amma indi mənzil tapmaq çətinləşdiyi üçün çoxu evi saxlayır ki, bu da bazara birbaşa təsir edir. Yəni enmə müşahidə edilmir, əksinə, qiymət artımı ilə nəticələnir.
Xezerxeber.az-ın xəbərinə görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyir ki, kirayə mənzillərin bahalaşması son illərdə daha çox müşahidə edilir. Ekspert buna səbəb olan amillərdən biri kimi paytaxt ərazisində istisimar müddətin başa vurmuş binaların sökülməsini göstərir.
Ekspert deyir ki, digər tərəfdən, bəzi ev sahibləri tələbələrin bu məcburiyyətindən istifadə edərək kirayə haqlarını daha da artırır. Bu artım ən çox da ali məktəb və metro stansiyası yaxınlığında olan mənzillərdə müşahidə edilir.
Fərzəliyev deyir ki, avqustun sonunda və sentyabrda kirayə mənzil bazarında 10-15 faizə qədər bahalaşma gözlənilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.