AZ

Trampın fondu “Daddy” köynəklərini satışa çıxardı - Foto

ABŞ prezidenti Donald Trampın fondu üzərində “Daddy” (Ata) yazısı olan köynəklərin satışına başlayıb.

Publika.az xəbər verir ki, bu barədə "The New York Post" yazıb.

Nəşrin məlumatına görə, fond insanlardan Donald Trampın təsviri və “Daddy” sözü olan narıncı köynək sifariş etmələrini xahiş edir. Fond bununla bağlı elektron məktublar göndərir.

E-poçtlarda deyilir:

"Bayden prezident olanda dünya bizə güldü. <...> Amma sizin sevimli prezidentiniz (bu mənəm!) [Tramp] sayəsində bizə yenidən hörmət edildi".

Xatırladaq ki, Trampın İran və İsrail arasındakı münasibətləri “həyətdə döyüşən iki uşaq”la müqayisə etdiyi bəyanatını şərh edən NATO-nun baş katibi Mark Rutte onu “ata” adlandırıb. Daha sonra o, söylədiklərinin kontekstdən çıxarıldığını və həmin sözün Amerika liderinə aidiyyəti olmadığını bildirib.

Seçilən
11
publika.az

1Mənbələr