"Roma"nın futbolçusu Leandro Paredes ölkəsinə qayıdır.
Sportal.az xəbər verir ki, argentinalı yarımmüdafiəçi "Boka Xuniors"la anlaşıb. Bu barədə klubun Argentina mətbuatı məlumat yayıb.
Buenos Ayres təmsilçisi Paredes üçün İtaliya klubuna 3,5 milyon avro təzminat ödəyəcək. 30 yaşlı futbolçu "Boka Xuniors"la 3,5 illik müqavilə imzalayacaq.
Qeyd edək ki, "Roma" Leandro Paredesi 2023-cü ilin yayında PSJ-dən transfer edib. Argentina millisi ilə dünya çempionu olmuş yarımmüdafiəçi ötən mövsüm A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 33 rəsmi matçda 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi