Ermənistan İstintaq Komitəsinin binası yaxınlığındakı ərazidən 20-dən çox şəxs polis bölməsinə aparılıb.
Publika.az Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyi saxlanılma faktını təsdiqləyib. Ancaq saxlanılanların sayı açıqlanmayıb.
Qeyd edək ki, bundan öncə Erməni Apostol Kilsəsinin Şirak yeparxiyasının rəhbəri, arxiyepiskop Mikayel Ajapaxyan Ermənistanın İstintaq Komitəsinin Yerevanda yerləşən binasına gəlib və orada saxlanılıb.