AZ

Vladimir Putin Rusiyanın Ukrayna ilə danışıqların yeni raunduna hazır olduğunu bildirib

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Moskva, 27 iyun, AZƏRTAC

Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə danışıqların yeni raunduna hazır olduğunu təsdiqləyib və cari humanitar aksiyalar başa çatdıqdan sonra təmasların davam etdiriləcəyini bildirib.

AZƏRTAC xəbər verir ki, Vladimir Putin Minskdə Ali Avrasiya İqtisadi Şurasının iclasının yekunlarına dair mətbuat konfransında qeyd edib ki, tərəflərin memorandumları ziddiyyətli olaraq qalır, lakin bu, yaxınlaşmanın mümkünlüyünü istisna etmir. "Gözlənilməz heç nə baş vermədi. Bunlar bir-birinə tamamilə zidd olan iki memorandumdur, lakin bizi daha da yaxınlaşdırmaq yollarını tapmaq üçün danışıqlar aparılır", -deyə o bildirib.

Rusiya Prezidenti vurğulayıb ki, danışıqlar başlamazdan əvvəl memorandumların məzmununun təfərrüatlarını açıqlamaq yersiz və hətta zərərlidir. Rusiya dövlətinin başçısı humanitar addımların, o cümlədən əsirlərin mübadiləsi və ölənlərin cəsədlərinin verilməsinin vacibliyini qeyd edib. Onun sözlərinə görə, Rusiya artıq 6 mindən çox ukraynalı hərbçinin meyitini təhvil verib və daha 3 minə yaxınını göndərməyə hazırdır.

Putin əlavə edib ki, mübadilələr başa çatdıqdan sonra danışıqların növbəti raundunun keçirilməsi planlaşdırılır, görüşün yeri və vaxtı razılaşdırılır. Rusiya lideri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana danışıqlar prosesinə verdiyi dəstəyə görə təşəkkür edib və İstanbulda görüş keçirməyə hazır olduğunu təsdiqləyib.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
5
4
azertag.az

5Mənbələr