AZ

İPL klubu yeni baş məşqçisini açıqladı

İngiltərə Premyer Liqası təmsilçisi "Brentford" baş məşqçisinin adını açıqlayıb. 

Fanat.Az xəbər verir ki, bu, 44 yaşlı Kit Endryusdur.

O, iyunun 12-də “Tottenhem”lə 3 illik müqavilə imzalayan Tomas Frankın yerini tutub.

Endryus 2024-cü ilin yayından "Brentford"da standart vəziyyətlər üzrə məşqçi qismində fəaliyyət göstərirdi. O, daha öncə "Şeffild Yunayted", "Milton-Kins Dons" klublarında və İrlandiya millisində məşqçi işləyib.

Seçilən
14
fanat.az

1Mənbələr