İngiltərə millisinin sabiq futbolçusu Devid Bekhem əməliyyat olunub.
Publika.az xəbər verir ki, səbəb 22 il əvvəl – 2003-cü ildə Cənubi Afrika ilə yoldaşlıq görüşündə yığma komandanın heyətində çıxış edərkən aldığı bilək zədəsidir. Həmin vaxt Bekhemin biləyinə sorulmalı olan metal vint yerləşdirilmişdi. Lakin əməliyyat baş tutumayıb. 50 yaşlı sabiq futbolçu son dövrlər ciddi ağrılarla yaşayıb.
Bu səbəbdən Bekhem bu yaxınlarda əməliyyat olunub. Həyat yoldaşı Viktoriya Bekhem sosial şəbəkədə onun xəstəxana çarpayısındakı şəklini paylaşaraq “Tez sağal, ata” sözlərini yazıb.