AZ

Şamaxıda zəlzələ, yoxsa yol fəlakəti?

Şamaxıda

27 iyun, Ulusum.azŞamaxı rayonunun Qaleybuğurd, Sis, Qaladərəsi və Keçmədin kəndlərinə aparan avtomobil yollarında torpaq sürüşməsi nəticəsində deformasiya müşahidə olunur. Yolun bəzi hissələrində iri çatlar və çökmələr yaranıb, bu da nəqliyyatın hərəkətinə çətinliklər yaradır.ŞamaxıdaAzərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) 19 saylı “Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin sahə rəisi Anar Hacıyev bildirib ki, mövcud vəziyyət diqqətlə izlənilir və zəruri tədbirlər planlaşdırılır. Hazırda təmir-bərpa işlərinə hazırlıq gedir və yaxın müddətdə Şamaxı, Qaleybuğurd və Sis kəndlərini birləşdirən əsas yolların əsaslı təmirinə başlanacaq .[b]Ulusum.az-ın bölgə müxbiri xəbər verir ki, bu tədbirlər həm yerli əhali, həm də turistlər üçün mühüm əhəmiyyət kəsb edir. Yeni yol infrastrukturunun yaradılması bölgənin iqtisadi və turizm potensialına müsbət təsir göstərəcək.

Diqqət Çəkənlər

NATO-nun baş katibi Trampı «ata» adlandırdı

İran uranı zənginləşdirməkdən imtina etsə, $30 milyard ala bilər

Avtobusdan düşən 57 yaşlı qadını maşın vurub öldürdü

Seçilən
66
ulusum.az

1Mənbələr