AZ

Alman dönər nəhəngi “robot dönər” dövrünə keçir

Almaniyanın dönər şəbəkəsi “Alman Dönər Kabab” dönər istehsalında süni intellekt dəstəyi ilə tam avtomatlaşdırılmış mərhələyə keçidə hazırlaşır.

Publika.az xəbər verir ki, şirkət insan əməyini əvəzləyəcək “robot kəsim” texnologiyasını 2026-cı ilə qədər 150 filialında tətbiq etməyi planlaşdırır.

Yeni nəsil robotlar dönər ətini daha nazik, bərabər və standart formada dilimləmə qabiliyyətinə malikdir. Bu isə həm hazırlanma müddətini azaldır, həm də israfın qarşısını alaraq şirkətin xərclərinə qənaət edir.

Almaniyada başlayan bu texnoloji transformasiya sözügedən şirkətin qlobal miqyasda böyümə strategiyasının bir hissəsi kimi qiymətləndirilir.

Seçilən
8
publika.az

1Mənbələr