AZ

Bələdiyyədə korrupsiya əməliyyatı: 4 nəfər həbs olundu

Türkiyədə Didim Bələdiyyəsi ilə bağlı gerçəkləşdirilən korrupsiya əməliyyatında 4 nəfər həbs edilib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, məsələ ilə bağlı Aydın İl Polis Şöbəsinin Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinin əməkdaşları araşdırma aparıb.

Araşdırma Didim Bələdiyyəsinin cənazə xidmətləri bölməsində material alışlarında bəzi məhsulların real dəyərindən yuxarı faktura edildiyi, bəzi materialların faktura verilməsinə baxmayaraq alınmadığı iddiaları ilə başlanılıb.

Aparılan işlər çərçivəsində bələdiyyə işçisi A.O.K. və həyat yoldaşı, eyni zamanda keçmiş bələdiyyə işçisi olduğu öyrənilən digər 3 şəxs saxlanılıb.

Şübhəlilərin ünvanlarında aparılan axtarışlar zamanı 101 ədəd silah gülləsi, müxtəlif şirkətlərə məxsus möhürlər və layihə təklifi məktubları ələ keçirilib.

Seçilən
15
publika.az

1Mənbələr