AZ

Əliyev Pezeşkianı təbrik edib və Bakıya dəvət edib

İlham Əliyev Məsud Pezeşkianı İsraillə atəşkəsə görə təbrik edib.

Onlar telefonla danışıblar, Azərbaycan Prezidentinin mətbuat xidməti bildirib.

Prezident Əliyev iranlı həmkarına İsraillə baş vermis qarşıdurmadan narahat olduğunu bildirib.

İlham Əliyev Pezeşkianla söhbətində bölgədə "sülhün və əmin-amanlığın vacib şərt" olduğunu vurğulayıb.

Məlumatda deyilir ki, prezidentlər iki tərəfli əlaqələrin perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar.

İlham Əliyev Pezeşkianı iyulun əvvəlində Azərbaycanda keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatının sammitinə bir daha dəvət edib.

Pezeşkianın bu dəvəti qəbul edib-etmədiyi məlum deyil.

İyunun 13-də İsrail İrana hücum edəndən sonra iki ölkə bir-birini hər gün bombalayıb.

İyunun 22-də Amerika Birləşmiş Ştatları İranın nüvə obyektlərinə zərbələr endirdikdən sonra Prezident Trump atəşkəs elan edib.

Videonu Youtube kanalımızda izləyin.

Seçilən
8
bbc.com

1Mənbələr