AZ

Metropolitenin yeni inkişaf proqramı ictimai nəqliyyatın inkişafına müsbət təsir edəcək Ekspert

Sherg.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bakı Metropoliteni yay qrafikinə keçib. Məlumata görə, qrafik dəyişikliyi tədris ilinin başa çatması  və yay mövsümü ilə əlaqədar məzuniyyətlər dövrünün başlanması, buna müvafiq olaraq da, sərnişin axınının azalmasına bağlıdır. Bildirilir ki, 28 May-Dərnəgül və 28 May-Əhmədli xəttində qatarlararası interval 2 dəfə artacaq. Amna nədənsə Həzi Aslanov- Dərnəgül xəttində intervalın nə qədər olacağı bildirilmir. Sanki bu xətt artıq yoxdur, Yaşıl xəttlə Qırmızı xətt ayrılıb artıq. Bu, hələ ki baş verməyibsə, niyə informasiya birtərəflidir, təəccüblüdür. İntervalın 2 dəfə artması sərnişin sıxlığının daha çox artacağı deməkdir. Zatən bu hal metroda artıq hiss olunur.

Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev "Sherg.az"a açıqlamasında qeyd etdi ki, dünya ölkələrində bu təcrübə var, qrafiklər sərnişin axınına uyğun tənzimlənir:

- Düzdür, burada infrastruktura ilə bağlı məsələlər də var. Yəni bizdə xəttlər eyni müstəvidə kəsişir, 3 xəttimiz, amma 2 depomuz var, 3-cü deponun tikintisinə hazırda başlanılıb. Bunlar texniki məhdudiyyətlərdir. Qatarlararası intervalın minimuma endirilməsi üçün bu məhdudiyyətlər aradan qaldırılmalıdır. Buna rəğmən yay-qış qrafiki həmişə tərtib olunub, dəmir yolunda da, metroda da. Təhlillər aparılır, sərnişin axını nəzərə alınır. Metropoliten illərdir ki, bu yanaşma ilə fəaliyyət göstərir və mövsümlə əlaqədar qrafik dəyişikliyi baş verir. Bu başqa mövzudur ki, ötən illər ərzində metro daha sürətlə inkişaf etməyib, yerin üstündə ictimai nəqliyyat daha çox yüklənib,  ictimai nəqliyyatın çeşidləri - tramvay, trolleybus ləğv edilib, avtomobilləşməyə üstünlük verilib, bu da sıxlıq və tıxaclara səbəb olub. Metropolitenin yeni inkişaf proqramına əsasən yaxın 5 ildə   yeni stansiyalar, 3-cü depo tikiləcək, bu da Yaşıl xətlə Qırmızı xəttin ayrılmasını təmin edəcək, bu da həm metronun, həm də ümumən ictimai nəqliyyatın inkişafına müsbət təsir edəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
8
1
sherg.az

2Mənbələr