AZ

Məşhur reper tədbirlərə çılpaq gəldiyi üçün arvadına PUL ÖDƏYİRMİŞ...

Dünyaca məşhur reper Kanye Uest sevgilisi Bianka Çenzoriyə ictimai tədbirə açıq-saçıq geyimdə qatıldığına görə 100 min dollar ödəyib.

Bizim.Media xəbər verir ki, bu barədə Britaniyanın “The Sun” nəşri məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Bianka 2025-ci ilin “Qremmi” mükafatlandırma mərasimində tam şəffaf paltarda iştirakına görə isə 120 min dollar alıb.

Ümumilikdə, onların münasibətləri dövründə model 3 milyon dollardan çox gəlir əldə edib.
 

Kanye Uest və Bianka Çenzori 2022-ci ildə evləniblər, lakin 2025-ci ilin “Qremmi” mükafatlandırma mərasimindən sonra cütlüyün ayrılma xəbərləri yayılıb. “Page Six” nəşrinin məlumatına görə, ulduzlar münasibətlərinə 2025-ci ilin fevral ayında son qoyublar.


Martın 16-da reper Los-Ancelesdə Bianka Çenzorinin dublyoru ilə birlikdə görüntülənib. Apreldə isə Bianka Çenzori yenidən Uestlə birlikdə kamera qarşısına çıxıb. 

Bizim.Media

Seçilən
9
bizim.media

1Mənbələr