ain.az, Footbal-plus saytına istinadən bildirir.
"Kumirim həmişə Kriştiano Ronaldo olub. Onun “Real”dakı oyunlarına baxırdım"."Football-plus.az" xəbər verir ki, bunu "Neftçi"nin yeni futbolçusu Luis Ortis klubun mətbuat xidmətinə açıqlamasında deyib.Paraqvaylı sol cinah yarımmüdafiəçisi oyunlar zaman əsas xüsusiyyətləri barədə danışıb:
"Neftçi”də məqsədim irəliyə getmək, bu mövsüm komandanın hədəflərinə çatması üçün faydalı oyunçu olmaqdı. Düşünürəm ki, əsas üstün xüsusiyyətlərim top qəbulu, zərbə və sürətdi”.
Qeyd edək ki, 25 yaşlı futbolçu icarə əsasında 1 il "Neftçi”də çıxış edəcək.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.