Luka Modriçin yeni klubu daha 6 transfer edəcək.
Offsideplus.az xəbər verir ki, "Milan" klubu heyətini gücləndirmək qərarındadır.
Klub yay transfer pəncərəsində 1 sağ cinah müdafiəçisi, 1 mərkəz müdafiəçisi, 1 sol cinah müdafiəçisi, 2 yarımmüdafiəçi və 1 hücumçu transferi gerçəkləşdirəcək.
Bu barədə məşhur insayder Nikola Skira məlumat yayıb.
Hazırda "Real Madrid" klubunun heyətində çıxış edən L.Modriç klublararası dünya çempionatından sonra "Milan"a qoşulacaq.