AZ

Azərbaycan və Çin enerji əməkdaşlığını genişləndirir

BAKI, 27 iyun. TELEQRAF

Azərbaycanın energetika naziri Pərviz Şahbazov Çin Xalq Respublikasının Milli Enerji Administrasiyasının sədri Vanq Hongzhi ilə məhsuldar görüş keçirib.

Teleqraf xəbər verir ki, bu barədə nazir özünün " X" sosial şəbəkə hesabında məlumat verib.

Görüşdə iki ölkə arasında enerji sahəsində əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunub. Xüsusilə, Azərbaycanda bərpaolunan enerji mənbələrinin planlaşdırılması, istehsalı, avadanlıqlarla təchizatı, dənizdə külək enerjisindən istifadə və enerji infrastrukturu – o cümlədən interkonnektorların qurulması istiqamətində Çin şirkətlərinin fəal iştirakına dair fikir mübadiləsi aparılıb.

Nazir qeyd edib ki, bu əməkdaşlıq Azərbaycanın enerji strategiyasının həyata keçirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Seçilən
19
teleqraf.com

1Mənbələr