Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) vətəndaşları vəziyyəti gərginləşdirməkdən çəkinməyə və Erməni Apostol Kilsəsinin Şirak yeparxiyasının rəhbəri Mixail Acapaxyanın həbsinə mane olmamağa çağırıb.
Aznews.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə MTX-nin bəyanatında deyilir.
Məlumata görə, İstintaq Komitəsi arxiyepiskop barəsində cinayət işi açıb. O, hakimiyyəti ələ keçirməyə və konstitusiya quruluşunu zorakılıqla devirməyə açıq çağırışlar etməkdə ittiham olunur.