AZ

Eşitmə məhdudiyyətlilər arasında minifutbol üzrə Respublika turnirinə yekun vurulub

ain.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

AFFA və Azərbaycan Əlillər Futbolu Federasiyasının birgə təşkilatçılığı, Sahə Futbol Federasiyasının və Azərbaycan Deflimpiya Komitəsinin dəstəyi ilə eşitmə məhdudiyyətlilər arasında minifutbol üzrə Respublika turnirinə yekun vurulub. SİA milli assosiasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, üçüncü yer uğrunda görüşdə “Lənkəran” komandası “Bərdə”yə qalib gəlib - 9:2.

Həlledici oyunda “Sumqayıt”ı 2:0 hesabı ilə məğlub edən "Gəncə" yarışın qalibi olub.

Final görüşünün ardından mükafatlandırma mərasimi keçirilib. Lənkəranda yerləşən “Raypo” İdman-Sağlamlıq Mərkəzində təşkil edilən turnirdə 13 qol vuran “Lənkəran”ın oyunçusu Hüseynbala Talıbzadə ən məhsuldar futbolçuya verilən mükafata sahib olub.

“Gəncə”nin üzvü Fərid İsmayılzadə ən yaxşı qapıçı, “Sumqayıt”dan Ümid İbrahimov isə ən yaxşı oyunçu seçilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
46
11
sia.az

9Mənbələr