TBİLİSİ, 27 iyun. TELEQRAF
Gürcüstanın müxalif “Dəyişikliklər naminə koalisiya”nın liderlərindən biri Nika Meliya 8 ay müddətinə həbs olunub.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, hökmü Tbilisi şəhər məhkəməsi elan edib.
Məhkəmənin qərarı ilə müxalifətçinin iki il müddətinə vəzifə tutması da qadağan olunub.