AZ

Ermənistan Rusiya ilə münasibətləri bərpa etmək  istəyir - RƏY

“Təşkilata üzv olan digər ölkələr 2021–2022-ci illərdə Azərbaycanla vəziyyətin gərginləşməsi fonunda siyasi bəyanatlar verməsələr, Ermənistan KTMT-dəki fəaliyyətlərini davam etdirməklə bağlı qərar qəbul edə bilər”.

 Bu barədə Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan məlumat verib. O, jurnalistlərə açıqlamasında bildirib ki, KTMT-nin tərəfdaşları, o cümlədən Rusiya, Ermənistana müdaxiləni nəzərdə tutan hər hansı siyasi qərar qəbul etməməlidirlər. Əks halda, Ermənistan öz mövqeyini müəyyənləşdirəcək və təşkilatdakı fəaliyyətlərini aktivləşdirib-aktivləşdirməmək məsələsinə dair qərar verəcək.

Cross Media Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü Sherg.az-a deyib ki, Ermənistan Rusiyanın Ukraynada əldə etdiyi bəzi nəticələrdən sonra, əgər ABŞ və Rusiya arasında hansısa anlaşmalar baş tutarsa, Rusiyanın Cənubi Qafqazda İrəvana qarşı sərt qərarlar qəbul edə biləcəyindən ehtiyat edir:

“Eyni zamanda, Ermənistan Rusiya ilə münasibətləri bərpa etmək  istəyir. Çünki Qərbdən gözlədiyi lazımi dəstəyi ala bilmədiyi üçün də belə bir addım atmağa çalışır. Bu vəziyyətdə Ermənistanın hazırkı hakimiyyətinin nə dərəcədə geosiyasi proseslərdən məlumatsız olduqlarını, nə qədər zəif təhlil qabiliyyətinə malik olduqlarını və düzgün qərar vermək imkanlarının olmadığını nümayiş etdirir.
Bir vaxtlar Rusiyanın hərbi bazalarını yandırmağa cəhd edən Ermənistan indi bu məsələləri unudaraq, hətta Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) fəaliyyətini aktivləşdirməyi belə düşünür. Bu, Ermənistan hakimiyyətinin Rusiya faktorundan qorxuya düşməsinin göstəricisidir. Həmçinin, bu, Ermənistan hakimiyyətinin yanlış siyasət yürütməsinin də bariz nümunəsidir. Rusiya bu cür davranışlara aldanmamalıdır. Ermənistanın necə bir dövlət olduğu, onun xəyanətkar siyasəti və xalqın mövqeyi son dövrlərdə daha da aydın şəkildə ortaya çıxıb. Rusiya sözügedən məsələlərə aldanmamalı və Ermənistana qarşı sərgilənən bu davranışlara uyğun şəkildə Cənubi Qafqazda praqmatik və məqsədyönlü siyasət yürütməlidir. Gərginliyi azaltmağa yönələn addımlar atılmalıdır”.
Seçilən
11
1
sherg.az

2Mənbələr