AZ

Ermənistanda hakimiyyət çevrilişinə cəhdlə əlaqədar daha bir keşiş saxlanılacaq

Apa.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Ermənistan hüquq-mühafizə orqanları Şirak yeparxiyasının rəhbəri, arxiyepiskop Mikael Ajapaxyanı saxlamağa qərar verib.

APA-nın "Sputnik Armenia"ya istinadən verdiyi xəbərə görə, bunu vəkil Ara Zoqrabyan bildirib.

Qeyd edilib ki, Mikael Ajapaxyan İstintaq Komitəsinə çağırılıb, daha sonra onun həbsi ilə bağlı məhkəməyə vəsatət veriləcək.

Xatırladaq ki, iyunun 25-də Ermənistan İstintaq Komitəsi terror və hakimiyyətin ələ keçirilməsi cəhdinin qarşısı alındığı barədə məlumat yayıb. Terror və hakimiyyətin ələ keçirilməsi cəhdində arxiyepiskop Vazgen Qalstanyanın (Baqrat) lideri olduğu “Müqəddəs mübarizə” hərəkatı ittiham olunur. Həmin gün Baqrat Qalstanyanı saxlanılıb. İyunun 26-da Baqrat Qalstanyan və “Müqəddəs Mübarizə” hərəkatının 16 tərəfdarının həbsi ilə bağlı məhkəməyə vəsatətlər göndərilib. Onların barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib.

Bu gün isə vəkil Ara Zoqrabyan Ermənistan hüquq-mühafizə orqanlarının Şirak yeparxiyasının rəhbəri, arxiyepiskop Mikael Ajapaxyanı saxlamağa qərar verdiyini bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
5
26
apa.az

10Mənbələr