
İranla son silahlı qarşıdurma nəticəsində İsrailə dəyən ziyan təxminən 3 milyard dollar təşkil edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi İsrail Maliyyə Nazirliyi və Vergilər İdarəsinin hesablamalarına istinadla məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, bu məbləğ atəş zamanı zədələnmiş mülki infrastrukturun bərpası, eləcə də, zərər çəkmiş bizneslərin kompensasiyası xərclərini əhatə edir.
Bununla belə, hesablamaya münaqişədə istifadə olunan silah və hava hücumundan müdafiə sistemlərinin ehtiyatlarının artırılması xərcləri daxil deyil.