AZ

Energetika naziri Çinin Milli Enerji Administrasiyasının rəhbəri ilə görüşüb

Şanxay Əməkdaşlıq Təşkilatının energetika nazirlərinin iclası çərçivəsində Çində səfərdə olan energetika naziri Pərviz Şahbazov bu ölkənin Milli Enerji Administrasiyasının sədri Vanq Hongzhi ilə görüşüb.

Operativ Media xəbər verir ki, görüşdə enerji sahəsində əməkdaşlığın inkişafının Azərbaycanla Çin arasında hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş münasibətlərin əsas prioritet istiqamətlərindən biri olduğu vurğulanıb.

Qeyd edilib ki, Prezident İlham Əliyevin Çinə dövlət səfəri zamanı imzalanmış Birgə Bəyanatda hər iki ölkənin enerji keçidinin təşviqinə və bərpa olunan enerji sahəsində fəal əməkdaşlığın genişləndirilməsinə hazır olduğu öz əksini tapıb. Bu səfər zamanı Çin şirkətləri ilə bərpa olunan enerji sahəsində çoxşaxəli əməkdaşlıq əlaqələrinə dair imzalanmış sənədlərin hazırda uğurla icra edildiyi bildirilib. ŞƏT tədbiri çərçivəsində isə “China Datang Overseas Investment Co. Ltd” şirkəti və Elektrik Enerjisinin Planlaşdırılması və Mühəndislik İnstitutu (EPPEI) ilə imzalanmaların “yaşıl enerji” tərəfdaşlığına töhfə verəcəyi qeyd olunub.

Bərpa olunan enerji layihələri ilə yanaşı, Çin şirkətlərinin Azərbaycanın neft-qaz layihələrində iştirak perspektivləri və “Kəmər və Yol” təşəbbüsü kontekstində regionlararası “yaşıl enerji dəhlizləri”nin əhəmiyyəti barədə də fikir mübadiləsi aparılıb.

Vanq Hongzhi tərəfindən Azərbaycanla “yaşıl enerji” tərəfdaşlığının bütün istiqamətlər üzrə gücləndirilməsinə dəstək ifadə edilib.

Çinin Milli Enerji Administrasiyasının sədri Vanq Hongzhi Azərbaycana səfərə dəvət edilib.

Seçilən
5
2
operativmedia.az

3Mənbələr