AZ

"Azərbaycanfilm" kinostudiyasında baş verən partlayışla bağlı XÜSUSİ KOMİSSİYA yaradıldı

"2025-ci il iyun ayının 26-da Bakıda yerləşən kinostudiya ərazisində istifadəsiz vəziyyətdə olan anbarda yanğınla nəticələnən partlayış baş verib. Hadisənin səbəblərinin araşdırılması, dəyən ziyanın hesablanması məqsədilə aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət xüsusi komissiya yaradılıb".

BAKU.WS xəbər verir ki, bu, Mədəniyyət Nazirliyi "Azərbaycanfilm" kinostudiyasında baş verən partlayışla bağlı məlumatında yer alır.

Qeyd olunur ki, hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb.

"Ən önəmlisi isə odur ki, baş vermiş hadisə nəticəsində xəsarət alan yoxdur. Hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək", - deyə məlumatda vurğulanır.

Seçilən
4
1
far.az

2Mənbələr