AZ

Lənkəranda DƏHŞƏT – 57 yaşlı qadın həyatını itirdi – FOTO

Lənkəran rayonunun Girdəni kəndindən keçən Lənkəran-Masallı-Boradigah magistral yolunda ölümlə nəticələnən yol qəzası baş verib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, "Mercedes" markalı minik avtomobili avtobusdan düşüb yolu keçmək istəyən 1968-ci il təvəllüdlü kənd sakini Ruhəngiz Ağahəsən qızı Babayevanı vurub.

Qadın ağır xəsarət alıb və dərhal xəstəxanaya aparılmasına baxmayaraq, yolda keçinib.
 

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə cəlb olunub. Qadının meyiti müvafiq ekspertiza üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinin Lənkəran şöbəsinə təhvil verilib.


Hazırda hadisənin səbəbləri araşdırılır.








Sabutay, Bizim.Media, Cənub bürosu

Seçilən
33
27
bizim.media

10Mənbələr