AZ

Kardioloq Tural Vəliyevə və Avrasiya Hospitalına Minnətdarlıq



Nəbiyevlər ailəsinin üzvü İlhamə xanımın qəfil ürək narahatlığı ailə üçün ciddi bir sınaq anı olub. Lakin Avrasiya Hospitalının Kardiologiya şöbəsində çalışan tanınmış kardioloq-aritmoloq, doktor Tural Vəliyevin peşəkarlığı sayəsində bu çətinlik uğurla dəf edilib.

İş günü olmamasına baxmayaraq, doktor Tural Vəliyev müraciətə dərhal və böyük həssaslıqla reaksiya verərək xəstənin yardımına yetişib. Azərbaycan Tibb Universitetinin məzunu olan, Moskva Tibb Akademiyasında internatura və ordinatura təhsili alan Tural Vəliyev, həm tibbi bilikləri, həm də yüksək insani keyfiyyətləri ilə seçilən həkimlərimizdəndir.

Nəbiyevlər ailəsi doktor Tural Vəliyevə, eləcə də Avrasiya Hospitalının rəhbərliyinə və bütün tibbi personalına göstərdikləri diqqət və qayğıya görə təşəkkür edir. Onlar bildirirlər: “Şəfalı əlləriniz var olsun!”

Fidan Nəbizadə
Sozcu.info








Seçilən
7
aia.az

1Mənbələr