AZ

5 ayda ən çox sığorta haqqı toplayan şirkətlər - TOP 5

BAKI, 27 iyun. TELEQRAF

Bu ilin yanvar-may aylarında Azərbaycanda sığorta şirkətləri arasında ən çox yığım “Paşa Həyat Sığorta”da olub.

Mərkəzi Bankdan Teleqraf-a verilən məlumata görə, şirkət dövr ərzində 345 milyon 94 min manat sığota haqqı toplayıb.

İkinci sırada 162 milyon 853 min manatla “Paşa Sığorta” yer alıb. Üçüncü sırada “Atəşgah Həyat Sığorta” şirkəti 49 milyon 604 min manat premium qazanıb. Sığorta haqlarının rekinqində “Qala Sığorta” ASC 46 milyon 664 min manatla dördüncü, “Atəşgah” sığorta şirkəti isə 25 milyon 764 min manatla beşinci sırada qərarlaşıb.

5 ayda ən az sığorta haqqı toplayan şirkət isə "İpək Yolu Sığorta" olub – 1 milyon 213 min manat

Ümumilikdə, hesabat dövrü ərzində bütün sığorta şirkətləri tərəfindən 719 milyon 353 min manat sığorta haqqı toplanıb.

Xatırladaq ki, ötən il ən çox sığorta haqqına sahib şirkət də “Paşa Həyat Sığorta” olmuşdu - 594 milyon 399 min manat.

Seçilən
6
1
teleqraf.com

2Mənbələr