AZ

“Biz hazırıq” deyərək İsrailə müharibə elan etdilər

Hizbullah Livan dövlətinin qərar verəcəyi təqdirdə İsraili ölkədən çıxarmaq üçün sərhəddə döyüşməyə hazır olduqlarını bildirib.

Publika.az xəbər verir ki, bu barədə Hizbullahın baş katibi Naim Qasım açıqlama verib.

O, Hizbullahın heç vaxt zorakılıqlara boyun əyməyəcəyini vurğulayıb: "Biz təslim olmayacağıq, nəyin bahasına olursa-olsun bu vətəni şərəfli şəkildə gələcək nəsillərə buraxmaq üçün mübarizə aparacağıq.

Əgər Livan dövləti bu gün İsraili güc yolu ilə çıxarıb müharibəyə başlamaq qərarına gəlsə, biz sərhəddə döyüşməyə hazırıq".

Qeyd edək ki, İsrail və Livan arasında 27 noyabr 2024-cü ildə əldə edilən atəşkəs razılaşmasına baxmayaraq, İsrail razılaşmanı tez-tez pozur.

Seçilən
8
publika.az

1Mənbələr