AZ

A Seriyasına vəsiqə qazanan komandanın yeni baş məşqçisi bilindi

BAKI, 27 iyun. TELEQRAF

Növbəti mövsüm İtaliya A Seriyasında mübarizə aparacaq "Piza" komandasının yeni baş məşqçisi müəyyənləşib.

Teleqraf klubun rəsmi saytına istinadən xəbər verir ki, Piza şəhərinin təmsilçisini Alberto Cilardino çalışdıracaq.

42 yaşlı mütəxəssislə 2+1 illik müqavilə imzalanıb. Cilardino son olaraq "Cenoa"nın baş məşqçisi olub.

Qeyd edək ki, "Piza" ötən mövsüm Filippo İnzaqinin rəhbərliyi altında "A" Seriyasına vəsiqə qazanıb. İnzaqi daha sonra istefa verərək "Palermo"ya keçib.

Seçilən
16
teleqraf.com

1Mənbələr