“Football-plus.az” təyinatı haqda fikirlərini öyrənmək məqsədilə Kukseviçlə əlaqə saxlayıb. Onun cavabı:
“Bəli, bundan sonra Azərbaycan milli komandasının baş məşqçisi kimi fəaliyyət göstərəcəm. Bu, böyük məsuliyyətdi. Yeni komanda araya-ərsəyə gətirəcəyik. Yığma gənc futzalçılardan qurulacaq. Bizi qarşıda xeyli iş gözləyir. İnkişaf edə bilmək üçün beynəlxalq yoldaşlıq oyunları keçirmək lazımdı. Bu yöndə işlər görüləcək. Ümid edirəm ki, mənə həvalə edilən vəzifənin öhdəsindən gələcəm və etimadı doğruldacam”.
KƏNAN BAHADIR