AZ

“Azərbaycanfilm”də yanğın – Təfərrüatlar açıqlandı + Video


Məlum olduğu kimi, Bakı şəhəri, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının ərazisində yanğınla müşayiət olunan partlayış baş verib.
Yeniavaz.com
xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə inostudiyasının ərazisində yanğınla müşayiət olunan partlayışın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar  dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin qüvvələri, həmçinin hüquq mühafizə orqanlarını əməkdaşlarıcəlb olunub.
Kinostudiya ərazisində baş vermiş yanğın qısa müddətdə məhdudlaşdırılıb və söndürülüb.
Digər tərəfdən, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məluata görə, kinostudiyanın pirotexniki vasitələr saxlanılan anbarında partlayışda yaralanan olmayıb.
DİN-in mətbuat xidmətindən bildirilib ki, hazırda təhlükəsizlik tədbirləri görülür. Ərazi tam nəzarətə götürülməklə xidmət təşkil olunub.
Digər tərəfdən, Mədəniyyət Nazirliyi partlayış hadisəsinin kinostudiyasının arxa tərəfində yerləşən, uzun müddətdir istifadə olunmayan anbarda baş verdiyini bildirib.
Hazırda hadisənin dəqiq səbəblərinin müəyyənləşdirilməsi məqsədilə araşdırmalar davam edir. Əraziyə texniki ekspertlər cəlb olunub.
Seçilən
13
32
yeniavaz.com

10Mənbələr