AZ

Ter-Petrosyan Katolikosu Paşinyanın təzyiqlərinə qarşı soyuqqanlı olmağa çağırdı- İrəvanda gərgin anlar

Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın yaxınlarda Katolikos II Qarekinlə görüşü zamanı onu hakimiyyətin hücumlarına qarşı soyuqqanlı qalmağa və təxribatlara uymamağa çağırdığı bildirilib.

Musavat.com xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti məlumat yayıb.

Ter-Petrosyan qeyd edib ki, konstitusiyaya əsasən Ermənistan Apostol Kilsəsi dövlətdən ayrıdır və hakimiyyətin kilsəyə iradə diktə etməyə heç bir hüququ yoxdur.

Qəzetin məlumatına görə, sabiq prezident həmçinin vurğulayıb:
“Mən Nikol Paşinyanı yaxşı tanıyıram, o, dayanmayacaq – qışqıracaq, təhqir edəcək, təxribat yaradacaq. Amma kilsə özünü itirməməlidir”.

Öz növbəsində Katolikos II Qarekin son vaxtlar ona qarşı təhdidlərin və şantaj cəhdlərinin artdığını bildirib. Onun sözlərinə görə, müxtəlif vasitələrlə istefaya getməsi üçün təzyiqlər edilir, lakin o, müqavimət göstərməkdə davam edir.

Musavat.com

Seçilən
22
38
musavat.com

10Mənbələr