AZ

Doqquz nəfəri doğrayaraq qətlə yetirən şəxs EDAM EDİLDİ

Yaponiyada 2022-ci ildən bəri ilk dəfə ölüm hökmü icra olunub

Referans xəbər verir ki, bu, həmçinin Baş nazir Sigeru İsiba hökuməti dövründə ədliyyə naziri tərəfindən imzalanmış ilk edam əmri olub.

Belə ki, yerli sakin Takahiro Siraisinin doqquz nəfəri öldürüb doğramasına görə məhkəmənin çıxardığı ölüm hökmü icra edilib.

2017-ci ildə iki ay ərzində Tokioda bir neçə yerli sakin öldürülüb.

Cinayətkar təsadüfən tutulub: itkin düşmüş qızın qardaşı onun şifrələrini bilirdi və nəticədə qatil çıxmış oğlanla yazışmalarını görüb.

Şübhəlinin mənzilində axtarış zamanı daha səkkiz nəfərin başları və bədənlərinin digər üzvləri aşkar edilib.

Dindirmə zamanı yaponiyalı cinayətləri törətdiyini etiraf edib və “o qədər çox adam öldürmüşəm ki, artıq kimin kim olduğunu xatırlamıram” deyə əlavə edib.

Ölənlərin kimliyini müəyyən etmək üçün DNT ekspertizası aparılıb.

2020-ci ilin dekabr ayında məhkəmə Takahiro Siraisini doqquz nəfəri öldürməkdə təqsirli bilib və onu ölüm cəzasına məhkum edib.

Yaponiyada ölüm hökmü ənənəvi olaraq dar ağacında asılma ilə həyata keçirilir. Bu cəza tədbiri ölkədə az hallarda tətbiq olunsa da, hələ də qanuni qüvvədə qalır və cəmiyyətin bir hissəsi tərəfindən dəstəklənir.

Seçilən
16
9
referans.az

10Mənbələr