AZ

Tramp FED-i uçot dərəcəsini azaltmağa çağırdı

ABŞ Prezidenti Donald Tramp növbəti dəfə Federal Ehtiyat Sistemini (FED) tənqid edərək, onun rəhbərliyini əsas faiz dərəcəsini aşağı salmağa çağırıb.

Publika.az xəbər verir ki, Ağ Evdə çıxış edən ABŞ lideri deyib:

"Əgər FED-də əsas uçot dərəcəsini azaldacaq bir adamımız olsaydı, o, bunu asanlıqla edə bilərdi. Bizdə inflyasiya yoxdur".

Dövlət başçısı qeyd edib ki, onun hesablamalarına görə, uçot dərəcəsinin bir faiz bəndi aşağı salınması iqtisadiyyata 300 milyard dollar, iki faiz azaldılması isə 600 milyarda qədər artıma səbəb olacaq.

"Əgər 1% az qala bir trilyon dollardırsa, bunu, sadəcə bir qələmlə, heç bir iş görülmədən etmək olar", - tramp bildirib.

Seçilən
21
publika.az

1Mənbələr