AZ

Burada güclü zəlzələ olub

Tonqa Krallığının əsas adası olan Tonqatapu sahilinin qərbində 5,3 maqnitudalı zəlzələ olub.

“İki sahil” xəbər verir ki, bu barədə Avstraliya dövlət geologiya bürosu məlumat yayıb.

Büronun məlumatına əsasən, yeraltı təkanların episentri 24 mindən çox insanın yaşadığı ada dövlətinin paytaxtı Nukualofadan 340 km məsafədə yerləşib. Zəlzələnin ocağı təxminən 600 km dərinlikdə olub.

Zərərçəkmişlər və dağıntılar barədə məlumat daxil olmayıb, sunami təhlükəsi elan edilməyib.

Seçilən
21
6
ikisahil.az

10Mənbələr