AZ

Katz: Xamneyinin öldürülməsi planlaşdırılırdı, lakin belə bir fürsət yaranmadı

Bizimyol portalından verilən məlumata görə, ain.az xəbər yayır.

"İsrail İranın ali dini lideri Ayətullah Əli Xamneyini aradan götürmək niyyətində olub, lakin həmin müddətdə bunun üçün uyğun fürsət olmayıb.

Bizimyol.info xəbər verir ki, bunu İsrailin müdafiə naziri İsrael Katz "Kanal 13"ə açıqlama verərkən bildirib.

"Əgər o, göz önündə olsaydı, hər hansı bir yerdə görünsəydi, biz onu aradan götürərdik. Biz Xamneyini yox etmək istəyirdik, lakin bunu etmək üçün əlimizdə əlverişli imkan olmadı", - deyə Katz qeyd edib.

İsrailin belə bir hərəkət üçün ABŞ-dan icazə alması ilə bağlı suala Katz belə cavab verib: “Bizim icazəyə ehtiyacımız yoxdur”.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
11
icma.az

1Mənbələr